İranın müxtəlif şəhərlərində hakimiyyətə dəstək yürüşü keçirilir
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb
Azərbaycanda kartof istehsalında problemlər: “Texniki kartof” iddiaları və real mənzərə - ARAŞDIRMA
Danimarkanın ABŞ-dakı səfiri: Qrenlandiyanın taleyini yalnız sakinləri müəyyən edə bilər
"Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır"
26 Dekabr 2019 13:26
2 415
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 27 dekabrda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında zəif şimal küləklərinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.