Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
4 Mart 2020 12:53
2 240
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mili Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.
Cavabda qeyd edilib ki, namizədlərin təşəbbüs qrupunun 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir: "Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənələşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə olunur. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik".
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinə 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciət edib.
17:40
0
17:12
378
17:11
322