Ekspert: Azərbaycan uğurlu inkişafı davam etdirmək üçün vacib olan hər şeyə malikdir Hadisə

Ekspert: Azərbaycan uğurlu inkişafı davam etdirmək üçün vacib olan hər şeyə malikdir

Azərbaycan bütün sınaqlara tab gətirmək və uğurlu inkişafı davam etdirmək üçün vacib olan hər şeyə malikdir.
Bunu Trend-ə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin eksperti Aleksandr Savelyev deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyət dünya iqtisadiyyatı və bütün ölkələrin rəhbərlikləri üçün özünəməxsus stress testidir:
“Fikrimcə, bizim müşahidə etdiyimiz sadəcə böhranın məşqləridir. Heç kim tam şəkildə müdafiə oluna bilməyəcək, istənilən halda itkilər qaçılmaz olacaq. Böhranı pandemiyadan da, neft qiymətlərinin çökməsindən də əvvəl proqnozlaşdırırdılar. İtkilər ilk növbədə inkişaf etməkdə olan iqtisadiyyatlar üçün olacaq. Söhbət itkilərin olmamasından yox, onların azaldılmasından gedir. Bu məsələdə də həlledici rolu ağıllı, qəti, ardıcıl sosial-iqtisadi dövlət siyasəti oynayacaq. Çox şeylər qəbul olunan qərarların dəqiqliyindən asılı olacaq”.
O qeyd edib ki, bu vəziyyət iqtisadiyyatın qeyri-xammal seqmentlərini inkişaf etdirmək, daha çox rəqabətqabiliyyətli məhsul istehsal etmək lazımdır:
“Bunu yalnız dövlət dəstəyi ilə və dövlət iqtisadi siyasəti çərçivəsində etmək mümkündür. Bundan başqa, əsas diqqəti maliyyə və makroiqtisadi sabitliyi qorumaqla daxili istehlaka yönəltmək lazımdır. Bəzi istehsalatlar üçün “vergi tətilləri” yüksək inflyasiya riski olmadan yerli məhsula tələbatın stimullaşdırılması üçün səmərəli addım ola bilər”.
Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatının nə zaman dirçələcəyini vaxt göstərəcək:
“Əgər həqiqətən də Çin koronavirusu pandemiyasını üstələyibsə, o zaman iqtisadiyyatın bərpası başlayacaq, bu isə tələbatı, ardınca isə neft qiymətlərini artıracaq”.