Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb Hadisə

Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

Türkiyənin baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə TRT məlumat yayıb.
Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq.
Türkiyə baş nazirinin "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində sentyabrın 20-də Azərbaycanda keçiriləcək Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tiflis-Ərzurum) genişləndirilməsi layihəsinin başlaması mərasimində iştirak edəcəyi gözlənilir.