İnternetdəki əsərlərdən icazəsiz istifadə etmək mümkün olacaq Hadisə
Müəllif huquqları ilə baglı Milli Strategiya bu il təqdim olunacaq
Kamran İmanov: "Azərbaycanda kitab nəşrində piratçılığın səviyyəsi düşüb"
Dünən Bakıda "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar keçirilib.
APA-nın xəbərinə görə, tədbir Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təşkil olunub. Beynəlxalq seminarda çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, internetdə müəllif hüquqlarının qorunması, rəqəmli mühitdə müəllif hüquqlarının təminatı, internet təhlükəsizliyinin təmin edilməsi çox vacib məsələlərdəndir. Onun sözlərinə görə, XXI əsrdə müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyası daha intensiv xarakter daşıyır və həmin obyektlərdən virtual şəbəkədə istifadənin həcmi getdikcə artır: "Bu gün dünya miqyasında istifadəçilərin mobil qrafikinin 59%-i video ilə bağlıdır. 151 milyona yaxın insan "Google"-da videoya baxır. Hazırda "Youtube" sisteminə yüklənən video-xəbərlərin həcmi 2,5mln/saat təşkil edir. Hər gün "Facebook"a daxil olan yeni fotoşəkillərin sayı 5 mlrd-ı keçir. Beynəlxalq Ticarət Palatası da həyəcan təbili çalaraq bildirir ki, piratçılığa və kontrafaksiyaya qarşı radikal tədbirlər görülməsə, 2015-ci ildə dünya iqtisadiyyatına 1,7 trln. ABŞ dollarından çox zərərə dəyəcək. Bu da hər il 2,5 mln. iş yerinin itirilməsi deməkdir. Rəqəmli şəbəkədə musiqili kontentin istifadəsi 95% piratçılıqla müşahidə olunur".
Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıxov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi internetdə müəlliflik hüquqlarının təminatı məsələlərinə ölkədə necə böyük əhəmiyyət verilməsinin, qazanılan uğurların və təcrübənin göstəricisidir: "Görülən bütün işlər piratçılığa qarşı mübarizədə də geniş imkanlar açıb. Azərbaycanda bu sahədə görülən işlər bütövlükdə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir".
ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanın yalnız müəlliflik hüquqları sahəsində deyil, ümumilikdə böyük inkişafa nail olduğunu bildirib. Onun sözlərinə görə, internetdə müəllif hüquqlarının qorunması bütün dünyada aktual məsələlərdəndir: "Azərbaycanda bu sahədə qanunvericilik yüksək səviyyədə təşkil edilib. Hər bir təşkilat öz səviyyəsində bu sahədə iş aparmalıdır. Müəlliflərin öz əqli mülkiyyətlərinə görə qonorarlarını ala bilməmələri bütün dünyada problemli bir məsələdir".
Beynəlxalq təşkilatın nümayəndəsi bu məsələ ilə bağlı bir sıra təkliflər verib. O, əqli mülkiyyət hüquqları ilə bağlı bütün ölkələrdə milli strategiyanın qəbul olunmasının vacibliyini qeyd edib. S.Tlevlessovanın sözlərinə görə, orta və ali təhsil müəssisələrində əqli mülkiyyət ilə bağlı fənnin tədris edilməsi də əhəmiyyətlidir.
"Bu gün dünyada internetin açıqlığı, istifadəçilərin rəqəmlənmiş əsərlərə əlçatımlığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən bir ziddiyyət təşkil edir. Bu da maraqların toqquşması, hüquqların pozulmasına səbəb olur". Kamran İmanov jurnalistlərə açıqlamasında deyib ki, bunların hamısını bir məxrəcə gətirmək üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə müraciət edib və bildirilib ki, hər bir dövlət öz səviyyəsində milli-qanunvericilik bazası əsasında layihələr təqdim etsin. K.İmanov qeyd edib ki, Azərbaycan da belə bir layihəni beynəlxalq təşkilata təqdim edəcək: "Layihənin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqlar qorunsun. Bu istiqamətdə dünyada 3 variant var. Birinci variant ondan ibarətdir ki, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla əsərlərdən sərbəst istifadə olunsun. İkinci varianta əsasən, *internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Üçüncü variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın. Azərbaycan bu 3 variant arasında öz təkliflərini irəli sürəcək. İnterneti idarə etmək üçün Azərbaycan əsas ikinci varianta üstünlük verəcək. Belə ki, internetdəki əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək".
Azərbaycan müəllif hüquqları ilə bağlı Milli Strategiyanın hazırlanması məsələsinə gəlincə, K. İmanov qeyd edib ki, bu beynəlxalq təşkilatlarla birgə hazırlanmalıdır: "Düşünürəm ki, 2014-cü ildə belə bir strategiya ümumiləşdirilmiş şəkildə hazırlanaraq təqdim olunacaq".
Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Görülən tədbirlər nəticəsində ölkədə kitab nəşrində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb". Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, ötən il 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib. K.İmanovun sözlərinə görə, 1996-cı ildən indiyədək agentlikdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib: "Araşdırmalar göstərir ki, davamlı inkişaf Solou iqtisadi-riyazi modelində texnoloji tərəqqi və insan bilikləri göstəricisi son 10 ildə 13% artaraq 22%-ə qədər yüksəlib. Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan "kreativ iqtisadiyyat"ın ölkənin ÜDM-dəki payı 2003-cü ildə 2,1%-dən artaraq 2012-ci ildə 4,6%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr sırasındadır. Son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur".
K.İmanov qeyd edib ki, Dünya İqtisadi Forumunun (DİF) Rəqabətlilik Hesabatında rəqabətlilik indeksinə görə Azərbaycan 39-cu yerdədir. Onun sözlərinə görə, ölkənin "insan kapitalı" indeksinə görə 64-cü, innovasiya göstəricisinə görə 51-ci, "texnoloji səviyyəsinə" görə 50-ci, "innovasiya potensialı" komponentinə görə 35-ci, "qabaqcıl texnologiyaların dövlət satınalmasına" görə 14-cü yerləri tutub: "Bunlar da MDB məkanında lider mövqelərdir. Azərbaycan İnternetin sürətinə görə də Mərkəzi Asiya və MDB ölkələri arasında lider sırasındadır. İnternetin əlçatımlılığına görə 20-ci, sosial şəbəkələrdə fəallığa görə isə 41-ci yerdəyik".