Rusiyanın neft-qaz gəlirləri kəskin azalıb İqtisadiyyat

Rusiyanın neft-qaz gəlirləri kəskin azalıb

Rusiyanın neft-qaz gəlirləri 2025-ci ilin noyabr ayında illik müqayisədə 33,8% azalaraq 801,7 mlrd. rubldan 530,9 mlrd. rubla enib.

Bu barədə “APA-Economics” Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bununla yanaşı, bu ilin oktyabr ayının göstəricisi (888,6 mlrd. rubl.) ilə müqayisədə ötən ay Rusiyanın neft-qaz gəlirləri 40,2% azalıb.

Məlumata görə, yanvar-noyabr aylarında neft-qaz gəlirləri 21,4% azalaraq 8,029 trln. rubla düşüb. Ötən ilin eyni dövründə bu göstərici 10,341 trln. rubl təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnəsinə əsasən, 100 Rusiya rublu 2,1951 manat təşkil edir.