17:33
343
Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında avtobus zolağında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yer yaradılıb və müvafiq lövhə yerləşdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qurum bildirir ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
