NATO-nun mobil təlim qrupu tərəfindən Bakıda məşğələ keçirilir
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
15:05
378
Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
XRİTDX-dən verilən məlumata görə, bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanıb.
Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412 sayda zərərli fəaliyyətin qarşısı alınıb.