Ermənilər Cavid Məmmədovu Azərbaycana qaytardılar Hadisə

Ermənilər Cavid Məmmədovu Azərbaycana qaytardılar

Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib. Təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.