“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
21 Aprel 2020 12:57
1 701
“İmtahan proqramları elan olunub. Bunun əsasında da imtahanın məzmunu hazırlanır. İmtahan tarixini və sənəd qəbulunun tarixini yalnız mayın 4-dən sonra elan edə biləcəyik”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.
O bildirib ki, qəbul imtahanlarını həmişəki formatda keçirə bilmək də sualdır: “Biz sanitar gigiyenik qaydalara etməliyik. Qiymətləndirməni də ədalətli aparmalıyıq. Bunun üzərində kollektiv çox ciddi işləyir ki, bu şərait imtahanın ədalətli olmağına təsir göstərməsin. Təbii ki, qəbul imtahanları ən kütləvi imtahanlardır. Uzun illər gənclər hazırlaşırlar. 1988-90-cı illərdən başlayaraq Sovet sistemində davamiyyət pozulmuşdu, bizim respublikada qaçqınlar var idi. Uşaqlar məktəbə getmirdi. 20 yanvardan sonra yarım il dərs olmamışdı. 1993-cü ildə də payızda qəbul imtahanı verilmişdi. Amma o zamanlarda da qəbul imtahanları keçirilirdi. Virusla mübarizə aparan xalqımız, dövlətimiz mütləq qələbə qazanacaq. Bütün bəşəriyyət bununla mübarizə aparır. İlk məsələ gənclərin sağlamlığını qorumaqdır. Kaş ki, elə zaman olsun, kütləvi imtahan edək. Kütləvi edə bilməsək də, qiymətləndirmə ədalətli olacaq".
11 Yanvar 16:20
1 057
11 Yanvar 15:08
1 183
11 Yanvar 12:27
1 267