Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
27 Aprel 2020 18:30
2 989
“Birinci siniflərə qəbulla bağlı daxili müzakirələr aparılır”.
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
Nazir müavini bildirilib ki, məktəbəqədər hazırlıq kurslarında təhsil alan uşaqların bir hissəsi müsahibədən keçib: “Yaranmış vəziyyətlə əlaqədar onlardan 300 nəfərinin müsahibəsini aparmaq mümkün olmadı. O uşaqların və rus bölmələrinə qəbulla bağlı onlayn müsahibələri nəzərdən keçirəcəyik. Həmçinin karantinin rejiminin yumşalması ilə bağlı qərara uyğun olaraq, müsahibələrin canlı aparılması imkanlarını da müzakirə edəcəyik”.