

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azercell Eksklüziv” mağazalarında “iPhone 12” və “iPhone 12 Pro” smartfonlarının satışına start verilib.
Şirkətdən verilən məlumata görə, qeyd olunan smartfonları əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edilir.
“Azercell” ənənəvi olaraq iPhone pərəstişkarlarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini “Apple” brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır.
Qeyd edək ki, “Azercell Telekom”, həmçinin Azərbaycanda Apple şirkətinin yeganə rəsmi telekommunikasiya tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən “iPhone” telefonları bu dəfə A14 çipi, “LiDAR” skaneri, genişləndirilmiş funksionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.