Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Hadisə

Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

20:31
Yevlaxda 66 yaşlı kişi bıçaqlanıb, hadisəni törətməkdə oğlu şübhəli bilinir.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Havarlı kəndində 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun oğludur.

Faktla bağlı araşdırma aparılır.