Yaponiyada ardıcıl zəlzələlər baş verib
25 Noyabr 14:38
25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
25 Noyabr 11:28
26 Avqust 23:34
2 037
Ukrayna Nazirlər Kabineti dövlət sərhədindən keçmə qaydasını yeniləyib. Yeni qaydaya əsasən hərbi vəziyyət dövründə 18-22 yaşlı kişilər sərhədi maneəsiz keçə biləcəklər.
Bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.
"Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir", - o, qeyd edib.
Hökumət başçısının sözlərinə görə, bu qərar müxtəlif səbəblərdən xaricdə olan vətəndaşlara da aiddir. “Biz ukraynalıların Ukrayna ilə mümkün qədər əlaqələr saxlamasını istəyirik”, - Sviridenko bildirib.
Dəyişikliklər qərarın rəsmi dərcindən bir gün sonra qüvvəyə minir.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski hökumətə hərbi komandanlıqla birlikdə ukraynalı gənclərin dövlət sərhədini keçməsinin sadələşdirilməsi, xüsusən yaş həddinin 18-dən 22-yə qaldırılması üzərində işləməyi tapşırmışdı.
25 Noyabr 22:16
1 078
25 Noyabr 22:15
1 148
25 Noyabr 21:21
1 071