
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ağıllı və dayanıqlı şəhərin yaradılması sahəsində Azərbaycanın praktiki təcrübəsi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Belarusun Minsk şəhərində keçiriləcək "Ağıllı davamlı şəhərlər: inkişafın təşkilati və texniki aspektləri" forumunda təqdim olunacaq.
"APA-Economics" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Rabitə və İnformasiyalaşdırma Nazirliyinin məlumatda deyilir.
Qeyd olunur ki, 16-18 mart tarixində keçiriləcək tədbirdə BTİ, dövlət qurumları, regional icraiyyə komitələri, habelə aparıcı elm və təhsil təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Azərbaycandan olan natiqlərlə yanaşı, Rusiya və Ukraynadan olan məruzəçilər, həmçinin "Yaşıl Şəhərlər" layihəsinin ("Green Cities Project"), BMT-nin İnkişaf Proqramı və Belarusun aparıcı şirkətlərinin mütəxəssisləri tərəfindən bu mövzuda məruzələr təqdim olunacaq.
Forum müxtəlif ölkələrdən olan aparıcı mütəxəssislərə ən aktual mövzularda "ağıllı şəhər" texnologiyalarının və həll yollarının inkişafı ilə bağlı təcrübə mübadiləsi aparmağa, "ağıllı şəhər"in problemləri və onların həlli yolları barədə ortaq anlayış əldə etməyə imkan verəcək.