Domen nədir və bizim buna niyə ehtiyacımız var? Hadisə

Domen nədir və bizim buna niyə ehtiyacımız var?

İnternet olmadan bir həyat təsəvvür edin. Çox çətin gəldi, elə deyil? Hər birimiz hər gün internetdən istifadə edirik və müasir həyatımızda bunun əhəmiyyətini heç cür inkar edə bilmərik. İnternetin "şəbəkələr şəbəkəsi" adlandırıldığını bəlkə də hardasa oxuyub, hardansa eşitmisiniz, səbəb isə bütün bunların arxasında dünyada yüz milyonlarla kompüteri birləşdirən çox sayda qarşılıqlı əlaqəli şəbəkələr durur. İnternetə daxil olmaq, əlaqə qurmaq üçün hər kompüterin özünəməxsus identifikatoru var. Beləliklə, kompüterləri xüsusiləşdirən və onları müəyyənləşdirən bir IP nömrəsi ilə internetə qoşulurlar. IP, İnternetin hər hansı bir yerində kompüterlərdən məlumat əldə etmək imkanı yaradır. Domen adları isə istifadəçilərə uzun nömrələr və ya kodlar əvəzinə sadə bir yer adı verir. Beləliklə Domain Name System (DNS), veb saytları qəbul edən və server adlandırılan minlərlə kompüterdən ibarətdir. Domen adlarının açıq bir faydası veb saytların, poçt qutularının və internetdəki digər məlumatların asanlıqla yadda qalmasıdır. Bu gün https://hostimul.com/ Berlində (Almaniyada) bir serverdə (hosting) ola bilər, amma sabah heç bir dəyişiklik etmədən Bakıdakı bir serverə köçürülə bilər.

Domen adını sonra daha yaxşı başa düşmək üçün URL-nin gövdəsinə nəzər salaq. Təsəvvür edin, İT bloqlarını axtarırsınız və Google-da axtarışda ilk sıralarda bir veb sayt qarşınıza çıxır. Ona klik edirsiniz:

https://hostimul.com/blog/.

Yuxarıdakı linkdə URL-in üç hissəsini görə bilərik:

https: // - ötürmə protokolu;

hostimul.com - domen;

blog - istiqamət və ya səhifələrin digər parametrləri.

Domen adını ətraflı izahdan sonra indi daha yaxşı anladığımız üçün gəlin İkinci Səviyyə Domen (SLD) və Üst Səviyyə Domen (TLD) haqqında danışaq.

SLD nöqtədən əvvəl gəlir və adətən şirkətinizin, blogunuzun və ya qrupunuzun adını təmsil edir. Bu, domeninizin "şəxsiyyət" hissəsidir. Bizim göstərdiyimiz linkdə İkinci Səviyyə Domain "hostimul" dir.

Nöqtədən dərhal sonra Üst Səviyyə Domenimiz var. Bunlar ya .jp və ya .uk kimi verilən bir ölkə kodu və ya .com, .az, .org, .net, .edu və ya .gov kimi ümumi təyinatlardır (gTLD). Qlobal və milli TLD-lər arasında heç bir fərq yoxdur, ancaq yerli bir ikinci səviyyə domain-ə sahibsinizsə, o zaman milli TLD axtarış motorlarında daha çox trafik qəbul edəcək. Əgər qlobal bir iş sahibi olsanız, TLD sizi itirən bir vəziyyətə gətirməz. Bununla birlikdə, çox güman ki, beynəlxalq bir iş veb saytı üçün qlobal bir TLD qeydiyyata almaq istəyəcəksiniz.

Əgər sizin bir veb saytınız varsa, bu o demekdir ki, bir domenə də ehtiyacınız olacaq. Siz bir ünvana sahib olmağınız və o ünvanda bir adın olması lazımdır. Bu gün domen adlarının bu qədər çox danışılmasının səbəbi seçimin bu qədər geniş, çoxseçimli olmasıdır. Hər dəlisov fikir reallaşdırılmaq üçün düşünülür.

Bir çoxları kimi dünyadakı ilk domen adı haqqında çox güman ki, siz də maraqlanırsınız. Symbolics.com internetdə qeydiyyata alınan ilk ticari domen olma xüsusiyyətinə sahibdir və veb hal hazırda aktiv olduğu üçün köhnə fəaliyyət göstərən bir veb saytdır. 15 mart 1985-ci ildə Cambridge-də, kompüter sistemləri şirkəti olan Symbolics Inc-də qeydiyyata alınıb. Hələ də Böyük İnternet Muzeyi olan http://symbolics.com saytına siz keçə bilərsiniz. Amma durun və fikirləşin. İlk domen adınızı bəs siz necə adlandıracaqsınız?