Nazir müavini: “Əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə yerli özünüidarəetmə sisteminin formalaşdırılmasıdır” Hadisə
- 9 Mart 2021 13:01
- 1 764
“2020-ci il Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olub, 30 ilə yaxın sürən işğala dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini bildirib ki, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılıb, ədliyyə və məhkəmə işçiləri, bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər: “Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı müraciətlər ünvanlanıb. Ölkəmizin ədalətli mövqeyinin təbliği məqsədilə nazirlik tərəfindən Azərbaycan, rus və ingilis dillərində "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılıb.
Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etməsi məqsədilə bələdiyyələrlə də məqsədyönlü iş aparılıb”.
Nazir müavini bildirib ki, milli prioritetlərdə nəzərdə tutulmuş əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır: “Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri isə azad edilmiş yaşayış məntəqələrində yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Ölkəmizdə bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Həmin vaxtdan işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində o vaxtdan bələdiyyə seçkiləri keçirilməyib. İşğal nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyona yaxın vətəndaşımız yerli özünü idarəetmə hüququndan məhrum olub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Bununla yanaşı, ərazilərin bərpası və yenidən qurulması, yaşayış üçün dövlət infrastrukturunun yaradılması, vətəndaşların öz ata-baba yurduna qayıtması, torpaq islahatları və digər işlər həyata keçirilməlidir. Bu işlərin həyata keçirilməsindən sonra bələdiyyə seçkilərinin keçirilməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması vəzifələri durur. Uzun müddət məcburi köçkün həyatı yaşamış insanların konstitusion hüquqları bərpa olunacaq”.
- 25 Aprel 20:19
- 840
- 25 Aprel 18:12
- 756
- 25 Aprel 18:11
- 791
-
Kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır” – Qüdrət Həsənquliyev
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay