Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
14 Aprel 2021 11:42
3 031
Gələn il yanvarın 1-dən başlayaraq, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar dövlət arxivində 15 il saxlanılacaq.
APA-nın məlumatına görə, Milli Arxiv İdarəsi Kollegiyası bununla bağlı “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda müvafiq dəyişiklik edəcək.
Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərarlardan elmi-tədqiqat və klinik müalicə-profilaktika müəssisələrində profilaktikanın səmərəli metodlarının öyrənilməsi, diaqnostikası, o cümlədən səhiyyə tarixinin inkişafı üçün əhəmiyyəti olanlar isə daimi saxlanacaq.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli qanuna əsasən, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində də 15 il saxlanmalıdır.
4 May 23:15
980
4 May 18:02
1 197
4 May 15:14
1 239