Azərbaycan və Serbiya artilleriyaçılarının birgə təlimi keçirilib
Azərbaycana qanunsuz yolla 1 300 karata yaxın qiymətli daşların gətirilməsinin qarşısı alınıb
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Turistləri daşıyan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub
27 Aprel 2021 13:17
1 974
"Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu gün paytaxtda müşahidə olunan küləkli hava şəraitini şərh edərkən bildirib.
O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub. Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrdir: "Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə, küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.
Xidmət rəsmisinin sözlərinə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.