Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək Dünya

Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək

Fransa Yanbu liman şəhərini müdafiə etmək üçün Səudiyyə Ərəbistanına hərbçilər və hücumdan müdafiə (HHM) sistemləri göndərəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

O vurğulayıb ki, Fransa hərbi əməliyyatlara qoşulmaq niyyətində deyil, fransız hərbçilərinin tapşırığı enerji obyektlərini qorumaqdan ibarət olacaq.

Yanbu Səudiyyə Ərəbistanının Qırmızı dənizdə Hörmüz boğazından yan keçməklə neft ixrac etdiyi əsas terminalıdır. Son zamanlar şəhər Yəmən husiləri tərəfindən hücumlara məruz qalır. Zərbələr səbəbindən Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" Avropa NAY-lərinə tədarükü müvəqqəti dayandırmışdı.

Makron bu planlar barədə "TF1" və "France 2" telekanallarına məlumat verib. Prezidentin media ilə söhbətinin böyük hissəsi enerji böhranına həsr olunub - Hörmüz boğazı ətrafındakı vəziyyət səbəbindən yaranan ehtimal olunan yanacaq qıtlığı məsələsi Fransada əsas mövzulardan birinə çevrilib. Emmanuel Makron bildirib ki, hakimiyyət orqanları dizel, qaz və aviasiya yanacağının tədarükündə fasilələrin yaranmaması üçün hər şeyi edir. Onun sözlərinə görə, tədarük dərəcəsi daha da pisləşəcəyi təqdirdə belə, ilin sonunadək ölkə zəruri yanacaq həcminə malik olmalıdır.

Məryəm Quliyeva