“Leyla Yunus ora-bura bağlı olan insandır” Hadisə

“Leyla Yunus ora-bura bağlı olan insandır”

Aqil Abbas: "Bu şəxs hər şeydən şou düzəltsə də, onların heç birinin önündə dayana bilmir"

Vüqar Rəhimzadə: "Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır"

Leyla Yunus məsələsi yenidən medianın gündəminə qayıdıb, bu dəfə səhhəti ilə. Alman həkimi Kristian Vittin həbsdə olan Leyla Yunusun səhhətindəki problemlərin ciddi olduğunu söyləəyib, amma sonradan onun müayinəsi nəticəsində heç bir problemin aşkarlanmadığını deyib..
Millət vəkili Aqil Abbas "ümumiyyətlə Leyla Yunusun səhhətində problem olub-olmaması məni maraqlandırmır",-deyə bildirib. Millət vəkilinin sözlərinə görə, Leyla Yunus ora-bura bağlı olan insandır: "Bu şəxs hər şeydən şou düzəltsə də, onların heç birinin önündə dayana bilmir. Amma hərhalda həbsxanada qalmağın özü də yaxşı bir şey deyil. Sadəcə olaraq bəzi xarici qüvvələr Leyla Yunus söhbətini bir oyun olaraq davam etdirirlər".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Leyla Yunusun səhhətində problem olmasına dair yayılan məlumatlara münasibət bildirərkən "bu gün Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır",- deyə bildirib: ""Leyla Yunus daima Azərbaycan xalqına, dövlətinə hörmətsizlik edib".YAP Siyasi Şurası üzvünün sözlərinə görə, LeylaYunusun xislətində ümumiyyətlə xəyanət mövqeyi var: "Bu, birmənalı şəkildə onun bütün fəaliyyəti dövründə özünü göstərib. LeylaYunus harada olmasından asılı olmayaraq, hər zaman Azərbaycan xalqına qarşı qarayaxmalar və böhtanla məşğul olub. Bu şəxs bəzi xarici havadarlarının, anti-Azərbaycan və ermənipərəst qüvvələrin ab-havası ilə yaşayır. O, bütün proseslərdən şou düzəltməklə gündəmdə qalmaq istəyir. Bu insanın məqsədi bəzi beynəlxalq təşkilatların diqqətini özünə cəlb etməkdir. Leyla Yunus hazırda törətdiyi cinayət əməllərinə görə qanun qarşısında cavab verir və verəcək də! Bu adam bütün fəaliyyəti boyu xəyanətkarlıq, satqınlıqla məşğul olub. Bu gün Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır".

Əli