Bələdiyyə qulluqçularına bəd xəbər Hadisə

Bələdiyyə qulluqçularına bəd xəbər

KİV-də barəsində neqativ yazılar gedənlər məsuliyyətə cəlb ediləcək

Azərbaycanda kütləvi informasiya vasitələrində barəsində etik davranışları qaydalarına zidd və maraqların toqquşması ilə bağlı məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb olunacaq.
APA-nın məlumatına görə, bu, yeni hazırlanan "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsinin 19-cu maddəsində əks olunub.
Maddəyə görə, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət yaradan müddəalar sırasına bu da daxildir: "Kütləvi informasiya vasitələrində bələdiyyə qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulduğu və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi". Buna görə həmin bələdiyyə qulluqçusu və orqanı məsuliyyət daşıyacaq.
Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən plenar iclasa tövsiyə olunub.