Azərbaycan HDQ-nin gəmi heyətləri döyüş atışları icra edib - VİDEO Hadisə

Azərbaycan HDQ-nin gəmi heyətləri döyüş atışları icra edib - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.

Müdafiə Nazirliyindən bildirilib ki, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.