Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib - FOTO
Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir
Azərbaycan 240 min hektardan çox ərazini minalardan təmizləyib
Zelenski xalqa müraciət edib: Gələn həftə çətin və hadisəli olacaq
17 İyun 2021 18:56
4 746
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb.
Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.