24 aprel - Xilaskar Türk Əsgərlərinin Anım Günü... Hadisə

24 aprel - Xilaskar Türk Əsgərlərinin Anım Günü...

Əli Məsimli: "Əsgərlərimizin xatirəsi əbədi olaraq anılmalıdır"

Azər Rəşidoğlu: "Bunu çoxdan etməli idik"

Elçin Xalidbəyli: "Tamamilə məntiqli və olduqca maraqlı təklifdir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Martın 30-da keçirilən İdarə Heyətinin iclasında aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə qərar qəbul edib.
BAXCP İdarə Heyyətinin iclasında qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.
Qeyd edək ki, bu təklif müsbət qarşılanır.
Millət vəkili Əli Məsimli bildirib ki, tarixin səhifələrindən məlum olan bütün məqamlarda Azərbaycan uğrunda şəhid olan türk əsgəri və Türkiyə uğrunda şəhid olan Azərbaycan əsgərinin xatirəsi əbədi olaraq anılmalıdır.
Siyasi Şərhçi Azər Rəşidoğlu vurğulayıb ki, bu, dəyərli təklifdir: "Bunu çoxdan etməli idik. Bununla həm ermənilərin yalanına cavab vermiş, həm də türk qəhrəmanları qarşısında bir vicdan borcunu ödəmiş olardıq".
Analitik Elçin Xalidbəyli isə söyləyib ki, tamamilə məntiqli və olduqca maraqlı təklifdir: "Çünki ermənilər məhz aprelin 24-də qondarma "erməni soyqırımı"nın baş berməsi barədə iddialarını bütün dünyaya sırımağa çalışırlar. Halbuki ermənilərin özləri bir neçə dəfə azərbaycanlılara qarşı əsl soyqırımlar törədiblər. Onların içərisində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 mart soyqırımı dünya tarixinin ən qorxunc bəşəri cinayətlərindən biridir. Bu baxımdan, qondarma "erməni soyqırımı" sərsəmləmələri ilə bütün dünyanı bezdirən ermənilərə özlərinin törətdikləri əsl bəşəri cinayətləri xatırlatmaq olduqca vacibdir. Hər il 24 aprel tarixinin Azərbaycanda xilaskar türk əsgərinin anım günü kimi qeyd olunması təklifləri də bu baxımdan tamamilə yerinə düşən ideyadır".

Əli