Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Mədəniyyət

Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO

Moskvada azərbaycanlı rəssam İnci Vəliyevanın "İman. Ümid. Sevgi” adlı rəsm sərgisi keçirilib.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi qadınlara həsr olunub.

Sərginin bağlanış mərasimində M.İ. Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinjn Humanitar Proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova və rəssamın istedadının pərəstişkarları iştirak ediblər.

Tamilla Əhmədova sərginin ziyarətçiləri qarşısında çıxış edərək qeyd edib ki, rəssam və həkim İnci Vəliyevanın sənəti öz səmimiliyi və mehribanlığı ilə valeh edir. "İngilis yazıçısı, 2007-ci ildə Nobel mükafatı laureatı Doris Mey Lessinq bir dəfə demişdi: "Rəssamlar sevginin gözü ilə çəkir və yalnız sevginin gözü ilə mühakimə edilməlidir". Əsl rəssam İnci Vəliyevanın sənəti ilə rastlaşanda ağıla ancaq bu fikirlər gəlir. Çünki bu halda tale bir istedadlı insanda rəssamın sayıqlığını və incə mütəxəssis oftalmoloqu möcüzəvi şəkildə birləşdirib. Doğrudan da, istedadlı insan hər şeydə istedadlıdır".

T.Əhmədova vurğulayıb ki, rəssamın portretlərində xeyirxah insanların açıq xoşbəxt simaları təsvir olunub: “Dostlar, valideynlər, sadəcə gözəl insanlar. İnci Vəliyevanın rəsmləri onların personajlarına sevgi elanıdır. İnci Vəliyeva gözümüzü dünyanın gözəlliyinə açır, yaxşılığa inamı bərpa edir. Bu sənət isə fiziki korluğa qalib gəlmək bacarığı qədər nəcibdir".

Pavel Kuzmin sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. “İnci Vəliyevanın çəkdiyi rəsmlər hələ qışda yazın gələcəyinə, problemlərin keçmişdə qalacağına ümid verirdi. İnci Vəliyevanın əsərləri bəzəkdir, ruhdur, günəşdir, işıqdır. Belə əsərlərdən yalnız həzz almaq olar”, - deyə P.Kuzmin vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva isə çıxışında sərginin Novruz Bayramı ərəfəsində təşkil olunduğunu qeyd edib: “Qadın başlanğıcın başlanğıcıdır. Qadın sevgi, iman və ümiddir və bu sözlər İncinin sərgisini birləşdirir”.

Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO

Sərginin müəllifi İnci Vəliyeva onun yaradıcılığına göstərdikləri diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Rəssam qeyd edib ki, onun tablolarında pasientlərinin, həyat yolunda rastlaşdığı insanların duyğuları əks olunub.

Qeyd edək ki, İnci Vəliyeva Bakıda anadan olub, Azərbaycan Tibb Universitetini bitirib. 2017-ci ildə 45 yaşında V. İ. Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Rəssamlıq və Akademik Rəsm Məktəbinə daxil olub. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.