

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, layihənin növbəti ustad dərsi aprelin 5-də “Düşüncələrlə baş-başa” adlı mövzuya həsr olunacaq.
Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyarlarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərə 16 yaşdan yuxarı hər kıs qatıla bilər.
Qeydiyyat çərşənbə axşamı və bazar saat 11:00-dan 18:00-dək aparılır.