“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
12 May 2025 12:14
4 361
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə
Qazaxıstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalına yola düşür.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, festival 12-19 may tarixlərində keçiriləcək. Mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.
Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.
30 Dekabr 2025 16:16
1 757
30 Dekabr 2025 11:46
1 855
29 Dekabr 2025 18:00
2 142

