12 May 2025 12:21
5 453
Sabah İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır.
Müsabiqə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.
Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də başa tutacaq.
12:41
665
12:41
700
10 Avqust 11:21
1 274