“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
27 Fevral 2024 14:58
6 370
Allah rəhmət eləsin! Arif Əmrah da yaxşı kişilərdən biri idi. Bir gün ona yaxınlaşıb xahiş etdim ki, mənə bir məsələdə dəstək versin. O vaxt Yardımlıda Mirzəli Cəfər, Sahib Əliyev, Zöhrab Zevinli və bir neçə ağsaqqal yazarlarımızdan sonra yeni nəsil qələm əhli yetişmişdi. Və onların heç biri hələ də AYB-yə üzv olmamışdılar. Arif bəydən xahiş edib dedim ki, bəs mən məsləhətlilərinin sənədlərini toplayıb gətirim, sən də onların AYB-yə qəbul olunmasına dəstək ver. Beləliklə rəhmətlik Arif Əmrahın dəstəyi ilə altı nəfər Yardımlıda yaşayaıb yaradan şair və yazıçını AYB-yə üzv etdirə bildim.
Sonralar ABŞ-da yaşayarkən, oraya qonaq gəlmiş xalq şairi Fikrət Qocayla dostlaşdıq. Ondan da xahiş etdim ki, bəs Yardımlıda istedadlı gənclər var. Onları ruhlandırmaq məqsədi ilə AYB-yə qəbul məsləsində mənə bir dost kimi kömək etsin, razılaşdı. Və vətənə dönən kimi, mənim xahişmlə İqbal Nehməti AYB-yə üzv edib, hətta mənə hörmət əlaməti olaraq özünə zəng vurub vəsiqəni ona şəxsən təqdim etmişdi. Nə isə, daha sonralar bu missiyanı həyata keçirməkdən ötrü Səlim Bəbullaoğludan xahiş etdim ki, mənə yardımçı olsun. Var olsun, məni sındırmadı. İki il bundan öncə təklif etdim ki, bəs İqbal Nehmət pis şair deyil, heç yerdə də işləmir, ailəsini dolandırmaq və həm də həvəsləndirmək məqsədi ilə ona Prezident təqaüdünün verilməsində kömək eləsin. Elədi də və İqbal iki il bundan öncə həmin təqaüdü ilboyu aldı...
Bu günlərdə yenidən Səlim bəydən xahiş etdim ki, Əlisafa Əhmədoğlunun AYB-yə üzv olunmasına yardımçı olsun. Budur dünən eşitdim ki, Səlim bəy bu xahişimi də yerə salmayıb, artıq Əlisafa bəy AYB-nin üzvüdür...
Sözümün canı var. Uzun illər bundan öncə məndə bir arzu yaranmışdı. AYB-nin heç olmasa ictimai əsaslarla da olsa Yardımlıda bölməsini yaratmaq. Qoy mənim ata yurdumda yazıb yaradan gənclərin sayı artsın. Və ikinci Sabir Rüstəmxanlının yetişməsində dolayı yolla- Allahla öz aramda mənim də bir töhfəm olsun...
Bəli, mənim Səlim Babullaoğluna minnətdarlıq borcum var. İstəyirəm ki, buradan kişiliyinə, mərdliyinə, ləyaqətinə görə AYB-nin katibi, insanpərvər qardaşım Səlim bəyə təşəkkürlərimi çatdırım.
Sağ ol, a böyük kişi!
Hörmətlə, Elman Eldaroğlu
31 Oktyabr 17:15
1 960
31 Oktyabr 11:59
2 107
31 Oktyabr 11:46
2 107