12 Dekabr 2024 17:44
8 939
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb.
Xalqcebhesi.az xəbər verir ki, ekran əsərinin rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfovdur.
Sənədli film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən biridir.
Çəkilişlər Sumqayıt şəhərində aparılan ekran əsərinin xronometrajı 27 dəqiqədir. “Yaddaş sarayları” uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissorun axtarışından bəhs edir.
5 Dekabr 18:49
1 379
5 Dekabr 17:42
1 393
5 Dekabr 14:34
1 407