Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
24 Yanvar 14:12
7 525
“Yaradıcı birliklərə sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır”.
Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi üçün yaradıcı insanlarla ünsiyyətin qurulması vacibdir, lakin sədr seçkisi və yaş amili məsələsi hər bir yaradıcı birliyin daxili işidir: “Yaradıcı ittifaqlarda sənət və təcrübə çox önəmlidir. Buna görə yaradıcı ittifaqlarda yaş məsələsi meyar kimi götürülməməli və həmin qurumlarda təmsil edilən yaradıcı insanlar seçimlərini müstəqil şəkildə edirlər".
Nazir qeyd edib ki, həmin yaradıcı təşkilatlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır: “Biz dövlət olaraq onların bu gücündən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.
Adil Kərimli dövlətin də yaradıcı təşkilatlara daim dəstək verdiyini vurğulayıb.
12 Dekabr 12:41
1 225
12 Dekabr 11:53
1 309
12 Dekabr 11:33
1 239