Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib Mədəniyyət

Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai - fəlsəfi şeirləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirildi və müsabiqədə unudulmaz şair Nəsiminin şeirlərindən istifadə olundu. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər və dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə edilib. Müsabiqənin qalibləri Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı. Onu da qeyd edək ki, qaliblər respublika müsabiqəsində iştirak edəcəklər. 20 gəncin iştirak etdiyi müsabiqədə gənclərin bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən bədii qiraət müsabiqəsində 168 №-li tam orta məktəbin XI sinif şagirdi Məmmədzadə Qorxmaz Şakir oğlu birinci yer, 186 №-li tam orta məktəbin XI sinif şagirdi Mehralıyeva Lalə Qabil qızı ikinci yer, 235 №-li tam orta məktəbin XI sinif şagirdi Kərimli Hidayət Emin oğlu isə üçüncü yerə layiq görülüblər.