İtaliya mediası Azərbaycan xalçalarından yazıb Mədəniyyət
- 22 Aprel 2020 13:56
- 6 860
Azərbaycanın İtaliyadakı səfirliyi öz sosial şəbəkə profillərində “Milli muzeylərimizə virtual səyahət” rubrikası yaradaraq İtaliya ictimaiyyətinə Azərbaycandakı muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradıb. Mövzu İtaliyanın məşhur “La Stampa” qəzetinin də marağına səbəb olub. Qəzetin “Səyahətlər və Mətbəx” (Viaggi e Cucina) bölməsində jurnalist Noemi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının müvafiq cavabı belədir” başlıqlı yazısında Azərbaycan Milli Xalça Muzeyinin füsunkarlığından bəhs edilib.
“Bükülmüş xalça. Budur, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus ola biləcək orijinal forma. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalçaçılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, - deyən müəllif muzeyin tarixi haqqında danışıb, 2014-cü ildə onun Dənizkənarı Milli Parkdakı yeni və perspektivli binaya köçürüldüyünü, avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilmiş muzeyin böyük bükülmüş xalçaya bənzədiyini vurğulayıb.
Məqalədə binanın interyeri haqqında məlumat verilir, binaya girərkən sanki ziyarətçilərin özlərini asılmış bir tunelin içərisində hiss etdiyini, muzeydə bəziləri XVII əsrə aid olan Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə arxeoloji tapıntılar və keramika, yağ lampaları, tikiş və zərgərlik əşyaları daxil olmaqla məşhur sənətkarlıq nümunələrinin mükəmməl bir görünüşü ilə tanış olmaq imkanlarının olduğu bildirilir. Məqalədə, həmçinin qeyd olunur ki, muzeydə müxtəlif dövrlərə aid üzərində əjdahalar, ümid ağacları, xaç və İslam rəmzləri əks olunan əl ilə toxunmuş sadə və daha mürəkkəb formalarda xalçalar, xalçaların toxunması üçün dəzgahlar, yunlar, iplər, xurcunlar və digər müvafiq eksponatlar nümayiş olunur.
Məqalədə bildirilir ki, koronavirusla bağlı yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Milli Xalça Muzeyi ziyarətçilərə bağlı olsa da muzeyin kolleksiyası və inanılmaz xəzinəsi təmənnasız şəkildə onlayn formada ziyarət edilə bilər. “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən hekayələr üzərində dayanmaq imkanı verir”, - deyə məqalədə qeyd olunur.
-
Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib
-
Lənkəranda 2 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb
-
Hacıqabulda avtomobil 70 yaşlı qadını vurub
-
“Zirə” “Araz-Naxçıvan”a qarşı: Heyətlər açıqlanıb
-
Qüdrət Həsənquliyev: Siyasi partiyalar öz aralarında saziş imzalasınlar…
-
Ukraynanın dövlət borcu nə qədərdir?
-
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - RƏSMİ
-
200 min nəfərlik Səhənd şəhərində xəstəxana yoxdur
-
Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq
-
Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə etdi
-
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun fəaliyyət istiqamətləri açıqlandı
-
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 7 fəaliyyət istiqaməti olacaq
-
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlandı
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamə fondları açıqlandı
-
Regional Su Meliorasiya Xidmətinin fəaliyyət istiqamətləri açıqlandı
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edildi
-
Naxçıvan QHT-ləri ilə görüş keçirilib
-
Rusiya danışıqlara hazır olan kimi biz mütləq orada olacağıq - ABŞ dövlət katibi
-
Sağlamlıq arayışı ödənişsiz olacaq?
-
NATO Baş katibi: Ukrayna aylarla silah-sursatsız qaldı və Rusiya cəbhə boyu təzyiq edə bildi
-
Havanın temperaturu iqlim normasından yüksəkdir?
-
"Azərbaycanla Ermənistana vasitəçi lazım deyil"
-
"Bu, regional müstəvidə yeni problemlərə yol aça bilər"
-
Hidroenerji sferası Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında üstünlük təşkil edir - Həmsədr
-
Məlahət Abbasova "İblis" haqda: "Bu Azərbaycan və Türkiyə teatrları arasında bir ilk olacaq" - Müsahibə
-
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
-
Ermənistan Rusiyadan siyasi sığınacaq alan bəzi şəxslərin ekstradisiyasına çalışır
-
"Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur"
-
"Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib"
-
Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb
-
"Məsələ təkcə “Başkənd” deyil"
-
"İxrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalır"
-
FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub
-
İraqın şimalında son bir həftədə 15 terrorçu zərərsizləşdirilib
-
"Neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb"
-
"Neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb"
-
Stoltenberq Kiyevdədir
-
Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək
-
Blinken: NATO-nun Rusiya əleyhinə planı yoxdur
-
"Xarici ticarət dövriyyəsi azalıb"
-
Anar Məmmədli saxlanıldı - DİN
-
"Həmin dövlətlər düşmənçilik siyasətlərindən əl çəkməlidir"
-
Gəncədə “Musiqinin gücü” layihəsi həyata keçiriləcək
-
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
-
Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmayacaq
-
Rəsmi Astana: Azərbaycan-Ermənistan danışıqlarında Qazaxıstanın vasitəçiliyindən söhbət getmir
-
Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb
-
Fitch Solutions: Azərbaycan Rusiyadan qaz idxalını artıracaq
-
COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq - ŞƏRH
-
Qazaxda minaya düşən hərbi qulluqçunun SON VƏZİYYƏTİ
-
"Yaşıl" sukuk iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək - ICMA-nın icraçı direktoru
-
DİM imtahanların VAXTINI DƏYİŞDİ
-
"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir
-
Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur - “Europorter”
-
Azərbaycan Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
-
Ceyhun Bayramov Qətərə getdi
-
Azərbaycanın hərbi qulluqçusu minaya düşüb
-
Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI
-
Elektron qolbaq daşıyan şəxs hədə-qorxu ilə pul tələb etməyə görə tutulub
-
Əl ilə toxunmuş ən böyük xalça təqdim olunub