“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
25 Noyabr 2024 09:53
5 866
“2015-ci ildən sonra ilk dəfədir ki, 6-cı maddədin müddəaları tam şəkildə fəaliyyətə keçirilib. 6-cı maddə, ölkələr arasında əməkdaşlığı, xüsusən də bazar mexanizmləri vasitəsilə 1.5 dərəcə iqlim hədəfinə çatmaq məqsədini güdür. Bu maddə üzrə razılıq əldə edilməsi COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
O qeyd edib ki, bu, iştirak edən ölkələrin iqlim dəyişikliyi təşəbbüslərində birgə çalışmaq öhdəliyini vurğulayır: “6-cı maddə ilə bağlı yekdilliklə qəbul olunan qərarlar, ətraf mühitin bütövlüyünü qorumaq, şəffaflığı təmin etmək və karbon bazarlarını gücləndirmək məqsədini güdür. Bu, emissiya azalmalarının real olacağı sistemlərin qurulacağı deməkdir. Həmçinin bu, qlobal miqyasda mitiqasiya strategiyalarını tənzimləməyə kömək edən əməkdaşlığı təşviq edir. Bir ölkədə emissiyaların azaldılması, bir başqa ölkədə yüksək emissiyaların balanslaşdırılmasına imkan tanıyır. Bu, ölkələrin karbon bazarlarını qurmasına, bununla da, emissiya azaldılması hədəflərinə birlikdə nail olmalarına imkan verir”.
Deputat əlavə edib ki, Bakıda qəbul edilmiş 6-cı maddə ilə bağlı razılaşma qlobal iqlim investisiyalarını da cəlb etməyə kömək edəcək, çünki bu razılaşma ölkələrdə karbon bazarlarında iştirak etmək və fayda əldə etmək üçün konkret bir çərçivə təmin edir.
Röya İsrafilova
19 Yanvar 22:30
672
19 Yanvar 22:14
721
19 Yanvar 20:31
1 050