

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri dünya mətbuatında da müzakirə olundu və bu, kifayət qədər önəmli hadisədir.
Ekspertlər hesab edirlər ki, Suriya Prezidentinin Azərbaycana səfəri, bu səfərin iki ölkə arasında bir çox sahələrdə əlaqələrin genişlənməsinəşərait yaradacaq.
“Xalq Cəbhəsi”mövzunu millət vəkilləri və politoloqlarla araşdırıb.
Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, Azərbaycanla Suriya arasında əlaqələr çox sürətlə inkişaf edir: “Bir müddət bundan əvvəl Azərbaycan və Suriya prezidentləri Antalyada forum zamanı görüşmüşdülər. Sonra Prezident İlham Əliyevin tapşırığı əsasında Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada olmuşdu. Suriyada yeni hakimiyyət formalaşandan sonra açıq-aydın hiss olunur ki, Azərbaycanın Suriyaya münasibəti dəyişib. Çünki Əsəd dövründə münasibətlər gərgin idi. Əsəd dövründə Suriyanın həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətləri gərgin idi. Belə ki, Əsəd açıq-aşkar həm də ermənipərəst mövqeyi ilə seçilirdi. Bu da təbii ki, bizi qane eləmirdi. Amma nəzərə alaq ki, dünyada bir proses gedir, yeni dünya düzəni qurulur. Yeni dünya düzəninin qurulması üçün çox proseslər həyata keçirilir. Bu proseslərin böyük əksəriyyəti sancılı proseslərdir. Həmçinin narahatlıqlarla, müharibələrlə, gərginliklərlə dolu proseslərdir və onu da nəzərə alaq ki, Azərbaycan artıq əvvəlki kimi zəif dövlət deyil”.
“Azərbaycan bu bölgənin lider dövlətidir”
Deputat əlavə edib ki, Azərbaycan bu bölgəninlider dövlətidir: “Azərbaycan hərbi baxımdançox güclü dövlətdir. Eləcə də iqtisadi, siyasibaxımdan Azərbaycanın rolu getdikcə artır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe dəölkəmizi maraqlı ölkəyə çevirir. Təbii ki, beləolan halda Azərbaycan böyümək, inkişafeləmək üçün daha hərəkətli olmalı, xariciəlaqələri daha geniş olmalıdır. Bu baxımdan biz Yaxın Şərqə, Orta Şərqə və bütövlükdə Şərqəistiqamətlənmiş siyasətdə xeyli dəyişiklikgörmək istəyirik. Tarixən də Azərbaycanın bubölgə ilə bir bağlılığı olub. Bunu da nəzərəalmalıyıq”.
“Ölkəmiz Yaxın Şərqdə etibarlı tərəfdaş kimitanınır”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloqZüriyə Qarayeva söyləyib ki, Azərbaycan vəSuriya prezidentləri arasında baş tutan son səfərikitərəfli münasibətlərin yeni mərhələyəkeçdiyini göstərir: “Daha əvvəl Antalyadakeçirilən forumda görüşmüş liderlər bu dəfəəməkdaşlığın konkret istiqamətlərini müzakirəediblər. Azərbaycan Suriyada hakimiyyətdəyişikliyindən sonra bu ölkənin ərazibütövlüyünə və suverenliyinə açıq dəstək verənilk dövlətlərdən biri olub. Bakı, eyni zamanda, Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştiraketməyə hazır olduğunu bildirib”.
Z.Qarayeva əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yüksək səviyyəlinümayəndə heyətinin Suriyaya səfəri buniyyətin göstəricisidir: “Azərbaycan YaxınŞərqdə də fəal siyasət yürüdərək etibarlıtərəfdaş kimi tanınır. Ərazi bütövlüyünü bərpaetdikdən sonra ölkə qlobal siyasətdə yeni tərəfdaşlıq modelləri qurmağa başlayıb. Bu çərçivədə Azərbaycan qazının Suriya bazarınaçıxarılması məsələsi də gündəmdədir. Azərbaycan qazına artan tələbat fonunda buistiqamət strateji əhəmiyyət kəsb edir”.
“Azərbaycan Suriyanın yenidən qurulmasınatöhfə verə bilər”
Politoloq bildirib ki, bundan əlavə, Azərbaycanregionda sakit diplomatiya prinsipi iləvasitəçilik missiyası həyata keçirir, İsrail-Suriyavə Türkiyə-İsrail münasibətlərində konstruktivrol oynayır: “Müharibədən sonra bərpasahəsində əldə etdiyi təcrübə isə Suriyanınyenidən qurulmasına töhfə verə bilər. Tarixənmüsbət olan Azərbaycan-Suriya münasibətləriindi yeni və real əməkdaşlıq mərhələsinə qədəmqoyur”.
“Azərbaycan bu prosesin aparıcıoyunçularından biri ola bilər”
Siyasi şərhçi Turan Rzayev deyib ki, Əhməd əş-Şaraanın Azərbaycana səfəri gözlənilən idi: “Əhməd əş-Şaraanın Bakıya səfəri onun keçiddövründə rəhbərlik etdiyi Suriya üçün həmsiyasi, həm də iqtisadi cəhətdən ciddi nəticələrdoğura bilər. Məsələ təkcə neft və qazsektorundakı potensial əməkdaşlıqda deyil, həmdə regional əməkdaşlıq sisteminə Suriyanınyenidən inteqrasiya edilməsindədir. Bu prosesinlokomotivi isə məhz Azərbaycan ola bilər. Enerji bazarında strateji oyunçuya çevrilmiş birdövlət olaraq Bakı Suriyanın enerji sektorununbərpasında real və effektiv iştirakçı kimi çıxışedə bilər. Maraqlıdır ki, Azərbaycan Prezidentiilə Əhməd əş-Şaraanın Antalyadakı görüşüzamanı səsləndirilmiş bəzi fikirlər artıq konkretdiplomatik addımlara çevrilir. Misal üçün ölkəbaşçısı demişdi ki, “Azərbaycan Suriyanınbərpasında iştirak etməyə hazırdır”. Bu gün biz bu istiqamətdə də artıq praktik addımlarınatılmasının şahidi oluruq. Suriyanın təklif etdiyiəməkdaşlıq modeli isə, Azərbaycanınuzunmüddətli investisiya və strateji təsirdairəsini genişləndirməsi üçün əlverişliimkanlar vəd edir. Azərbaycanın neft və qazsektorunda qazandığı təcrübə, bu sahədəkiyüksək texnoloji biliklər və SOCAR kimibeynəlxalq miqyasda tanınan şirkətlərinmövcudluğu Dəməşq üçün cəlbedici birəməkdaşlıq modelidir. Artıq SOCAR Türkiyənin rəhbərliyi səviyyəsində də Suriyanınenerji sektoruna maraq açıq şəkildə ifadəolunub. Bu isə onu göstərir ki, Bakı buməsələyə yalnız iqtisadi baxımdan deyil, həmdə strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanınenerji infrastrukturunun bərpası vacibdir vəAzərbaycan bu prosesin aparıcı oyunçularındanbiri ola bilər”.
“Suriya artıq riskli və xaotik məkan deyil”
Onun sözlərinə görə, digər mühüm məqam, buəməkdaşlığın Suriyanın uzun illər davam edənizoliyasiyasını qismən də olsa aradan qaldırabilmə potensialıdır: “Azərbaycanla əməkdaşlıqSuriyanı Qərb təsirindən uzaq, lakin səmimi vəqarşılıqlı faydaya əsaslanan bir müttəfiqləəlaqələndirə bilər. Bu isə Dəməşqin həmiqtisadi cəhətdən, həm də diplomatik baxımdannəfəs almasına imkan yarada bilər. Eynizamanda, bu səfərin yaratdığı ən mühümsimvolik mesajlardan biri də budur: Suriya artıqəvvəlki kimi riskli və xaotik bir məkan deyil. Əksinə, regionda ciddi oyunçular tərəfindənetibarlı tərəfdaş kimi qəbul edilir. Əhməd əş-Şaraanın Suriyada türkmən mənşəli II Korpuskomandiri Fehim İsanı müdafiə nazirininmüavini və şimal regionlarının komandanı təyinetməsi, SOCAR-ın potensial fəaliyyəti üçüntəhlükəsizlik zəmanətinin mövcud olduğunugöstərir. Bu qərar, həmçinin ölkə daxilindəbalansı qorumaq və azlıqlara mesaj verməkbaxımından da əhəmiyyətlidir. Əlavə olaraq, İsrail faktoru da nəzərdən qaçmamalıdır. İsrailinAzərbaycanla yaxın strateji münasibətləri, Bakının bölgədəki yeni enerji əlaqələrində Təl-Əvivlə mümkün koordinasiyasını da aktuallaşdıra bilər. Hətta gələcəkdə Suriyaərazisindən keçəcək enerji marşrutlarının İsrailəqədər uzanması ideyası real görünməyəbaşlayır. Bu isə regional dinamikanı tamamilədəyişə və hətta Suriya–İsrail münasibətlərininnormallaşmasında vasitəçi rolundaAzərbaycanın çıxış etməsinə zəmin yaradabilər”.
“Bu əlaqələr mühüm nümunə ola bilər”
Siyasi şərhçi həmçinin bildirib ki, Suriya tərəfiüçün isə bu səfər həm regional inteqrasiya, həmdə iqtisadi reabilitasiya üçün yeni bir səhifədir: “Hərçənd ki, ölkə hələ də sanksiyalar, siyasiqeyri-müəyyənlik və təhlükəsizlik təhdidləri iləqarşı-qarşıyadır, lakin Əhməd əş-Şaraanınrəhbərliyi altında açılan bu yeni diplomatikcəbhə Suriyanın sabitliyə doğru atdığıaddımların tərkib hissəsi kimi oxunmalıdır. Bütün bu reallıqlar fonunda deyə bilərik ki, Əhməd əş-Şaraanın Bakıya səfəri sadəcə birdiplomatik addım deyil. Bu səfər, CənubiQafqazla Şərqi Aralıq dənizi arasında körpürolunu oynayacaq yeni bir əməkdaşlıqarxitekturasının ilk təməl daşlarından biridir. Qarşılıqlı hörmət və ehtiyac üzərində qurulan buəlaqələr gələcəkdə regionda balansı və sabitliyimöhkəmləndirə biləcək mühüm bir nümunə ola bilər”.
“Bu səfər əlaqələrimizin yenidənqurulmasına dəstək ola bilər”
Politoloq Samir Hümbətov qeyd edib ki, SuriyaPrezidenti Əhməd Əş-Şaraanın Azərbaycanasəfəri Ərəb baharından sonra pozulmuş Suriya-Azərbaycan əlaqələrinin yenidən qurulmasınadəstək ola bilər: “Əlbəttə, prezidentlər bundanöncə Antalya Diplomatik Forumunda da görüşüblər. Orada da fikir mübadiləsi aparıldıvə demək olar ki, 2024-cü ilin dekabrın 9-na qədər, yəni 2010-cu ildən 2024-ə qədər on dördil müddətdə Azərbaycan-Suriya əlaqələrindəçox ciddi problemlər yaşanırdı. Bu, Əsədailəsinin həyata keçirdiyi siyasətin nəticəsi idi. Bəşər Əsəd hökuməti Azərbaycanlamünasibətləri Ermənistanla münasibətlərədəyişdi. Yəni ölkələr arasında çox ciddi bir krizyaşandı. Suriyanın Türkiyə və Azərbaycanlamünasibətləri pozuldu”.
Böyük inkişaf strategiyası
S.Hümbətov bildirib ki, Azərbaycanla Suriyamünasibətlərinin inkişaf etdirilməsi, xüsusən dənəzərə alsaq ki, əş-Şaraanın Suriyayaqayıtdıqdan sonra Azərbaycan Prezidentinəməktub ünvanlaması və bu məsələdəAzərbaycanla dostluğuna olan münasibətiniifadə etməsi, əminlik etməsi onu deməyə əsasverir ki, deməli, əlaqələrin inkişafında Suriyanınmövcud hökuməti də maraqlıdır və Azərbaycanda bu işdə maraqlıdır: “Düşünürəm ki, bundansonrakı əlaqələrimiz böyük bir inkişafstrategiyasının tərkib hissəsidir. Bu münasibətlər Yaxın Şərq, Cənubi Qafqaz, ümumilikdə Avrasiyanın taleyinə ciddi təsirgöstərə bilər”.
Röya İsrafilova