Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
9 Sentyabr 2025 07:49
21 154
Son zamanlar Rusiya-Azərbaycan münasibətləri gərginləşdiyindən bu ölkədəki soydaşlarımıza çox ciddi maddi və mənəvi təhlükələr yaranıb. Belə ki, müxtəlif şəhərlərdə soydaşlarımıza qarşı yerli hüquq-mühafizə orqanları tərəfindən kütləvi basqınlar daha da artıb.
Bunu "Xalq Cəbhəsi"nə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
Onun sözlərinə görə, eyni zamanda Rusiyada xarici ölkə vətəndaşı olaraq qanunla bir illik işləmək hüquq almış soydaşlarmızın da sənədlərini vaxtından əvvəl qüvvədən salaraq Vətənə göndərirlər:
"Rusiyada yaşayan azərbaycanlı soydaşlarımıza qarşı sistemli və getdikcə daha aqressiv xarakter alan təzyiqlər hər birmizdə narahatlıq doğurur. Bu hallar təkcə miqrasiya nəzarəti ilə izah edilə bilməz, əksinə, milli-etnik ayrı-seçkilik, hüquq pozuntuları və qeyri-insani rəftar halları kimi özünü göstərməkdədir.
Xüsusilə Moskva, Yekaterunburq və digər iri şəhərlərdə aparılan polis reydləri zamanı azərbaycanlıların şəxsiyyətləri əsassız yoxlanılır, miqrasiya sənədləri bəhanə edilərək onlara qarşı qeyri-adekvat və sərt tədbirlər görülür.
Bəzi hallarda isə bu tədbirlər zorakılıq, ölüm, hörmətsizlik və hətta hüquqi yardımdan məhrum etmə ilə müşayiət olunur".
Cavid
