15:59
441![]()
"Temu" onlayn mağazası öz platformasında qanunsuz malların satışının qarşısını almadığına görə iri məbləğdə cərimələnə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyası məlumat yayıb.
Komissiyanın bəyanatında qeyd olunur ki, elektron ticarət nəhənginin məhsul uyğunluğu yoxlamaları, məzmunun moderasiyası prosedurları və sanksiya sistemi səmərəsizdir.
Çinə məxsus olan "Temu" şirkətinin müdafiə hüququ var və o, çatışmazlıqları aradan qaldırmaq üçün dəyişikliklər edə bilər. Lakin komissiya yekunda Rəqəmsal Xidmətlər Aktının (Digital Services Act, DSA) pozulduğunu təsdiqləyərsə, şirkəti qlobal illik dövriyyəsinin 6 faizinə qədər cərimə gözləyir.
Xatırladaq ki, may ayında komissiya "Temu" platformasında təhlükəli uşaq oyuncaqları və kiçik elektron cihazlar aşkar edildikdən sonra şirkəti 200 milyon avro (220 milyon dollar) məbləğində cərimələmişdi. O vaxtdan bəri şirkət bu problemi həll edəcəyinə söz vermişdi.
Komissiyanın yeni hesabatında deyilir ki, "Temu"nun təhlükəsizlik protokoluna malik olmasına baxmayaraq, platforma məhsulların yalnız kiçik bir hissəsi üçün sınaq hesabatlarının təqdim edilməsini tələb edir və çox vaxt bu hesabatları yoxlamır.
Məryəm Quliyeva