"Temu" qanunsuz malların satışına görə iri məbləğdə cərimələnə bilər
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib
“Real Madrid” “Mançester Yunayted”in 16 yaşlı istedadını transfer edir
15:51
210
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
“Aviasiya haqqında” qanuna dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddədir.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:
- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;
- istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.
Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər edilib.
15:42
308
10:54
826
10:28
700