17:36
175
İspaniyalı qapıçı David Raya İngiltərənin “Arsenal” klubu ilə müqaviləsini uzatmaq barədə razılığa gəlib.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
31 yaşlı qolkiper London təmsilçisi ilə yeni müqavilə imzalamaq barədə prinsipial razılıq əldə edib.
David Raya 2023-cü ilin yayında İngiltərənin “Brentford” klubundan icarə əsasında “Arsenal”a keçib. London təmsilçisi bir il sonra onun transfer hüquqlarını alıb. İspaniyalı qapıçı ilk mövsümündə komandanın əsas heyət üzvünə çevrilib və Premyer Liqada 16 oyunda qapısını toxunulmaz saxlayaraq “Qızıl əlcək” mükafatını qazanıb.
O, 2024/2025 mövsümündə də bu uğuru təkrarlayıb. 2025/2026 mövsümündə isə 19 oyunda qol buraxmayaraq şəxsi rekorduna imza atıb. Həmin mövsüm mükafatı “Nottingem Forest”in qapıçısı Mats Selslə bölüşüb.
Qeyd edək ki, “Arsenal” daha əvvəl Deklan Rays və Yurien Timberlə də yeni müqavilə barədə razılığa gəlib.