Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
Almaniya Ukrayna üçün ABŞ silahlarının alınmasına 300 milyon dollar ayıracaq
Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib
İlk "Gripen" qırıcıları 2027-ci ilin yanvarında Ukraynaya veriləcək
SEPAH: Hörmüz boğazında supertanker və qazdaşıyan gəmi minaya düşüb
14:44
364
Almaniya Ukrayna üçün "Patriot" zenit-raket komplekslərinin raketləri də daxil olmaqla, Amerika silahlarının alınmasına 300 milyon dollar ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Onun sözlərinə görə, bu, Almaniyanın iştirakı ilə ABŞ silahlarının alınması üzrə artıq beşinci paketdir. Yeni paketdə əsas diqqət Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə, xüsusilə "Patriot" kompleksləri üçün idarə olunan "PAC-2" və "PAC-3" raketlərinin tədarükünə yönəldilib.
Bundan əlavə, Ukraynaya Almaniyanın daha əvvəl elan etdiyi "IRIS-T" sistemləri və onlar üçün raketlər təhvil veriləcək. Berlin həmçinin "IRIS-T" raketlərinin Norveçdən tədarük olunan "NASAMS" zenit-raket komplekslərinə inteqrasiyasını hazırlayır.
Bununla yanaşı, Almaniya Ukraynaya hava vəziyyətinə nəzarət üçün yeni radarlar, "F-16" qırıcıları üçün sursatlar və pilotsuz uçuş aparatları verəcək.
Pistorius avropalı tərəfdaşlarını Kiyevə dəstəyin zəruriliyinə inandırmaqda davam edəcəyini də bildirib.
Məryəm Quliyeva