İranın Qeşm adasında partlayışlar baş verib Dünya

İranın Qeşm adasında partlayışlar baş verib

İranın Hörmüz boğazında yerləşən Qeşm adasında partlayışlar baş verib, hadisədən sonra ada üzərində tüstü müşahidə olunub.

Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar Qeşm şəhərinin şimal-qərbində, eyniadlı adada qeydə alınıb.

Hadisənin səbəbi və partlayışların xarakteri hələlik müəyyən edilməyib. Ölən və yaralananlar barədə də məlumat verilməyib.

Qeyd edək ki, Qeşm adası İranın cənubunda, Hörmüz boğazında yerləşir və strateji coğrafi mövqeyə malikdir.