Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO Hadisə

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib. Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.

Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO Lənkəranda 3 ailənin yaşadığı ev yanıb - FOTO