16:03
280
İranın Vaşinqtona hücumu olacağı təqdirdə Birləşmiş Ştatlar bu ölkəyə indiyədək görünməmiş gücdə cavab zərbəsi endirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Manilada jurnalistlərə açıqlamasında bəyan edib.
O, Vaşinqton üçün mümkün təhdidə ciddi yanaşdıqlarını və belə bir addım atılarsa, Tehranın ağır bədəl ödəyəcəyini vurğulayıb.
Xatırladaq ki, noyabrın 16-da CNN ABŞ kəşfiyyatına istinadən İranın Vaşinqtonda "çirkli bomba" partlatmaq planları hazırladığı barədə məlumat yaymışdı. İran XİN isə bu iddiaları əsassız adlandıraraq, ABŞ və İsrailin yeni təcavüz üçün informasiya zəmini yaratdığını bildirib.
Məryəm Quliyeva