Rusiya MDB ilə bağlı yeni strategiya ortaya qoyub Gündəm

Rusiya MDB ilə bağlı yeni strategiya ortaya qoyub

MDB dövlət başçılarının Tacikistanda növbəti sammiti keçiriləcək. Rusiya MDB üzv ölkələr arasında siyasi-iqtisadi və hərbi əməkdaşlıq əlaqələrini yeni formatda inkişaf etdirmək yeni sənədlər hazırlayıb. Sammitin yekununda bir sıra sənədlər qəbul ediləcək.
Nəzərə alaq ki, MDB amorf qurumdur. Rusiya üzv ölkələr ilə qarşılıqlı etimada əsaslanan siyasət aparmır. Rusiya qəbul ediləcək sənədlərə siyasi -iqtisadi, hərbi-təhlükəsizlik və sərhədlərin xarici təhdidlərə qarşı qorunması kimi bəndlər yerləşdirib.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya MDB ilə bağlı yeni strategiya qəbul edib. Rusiyanın bu siyasəti səmərə verməyəcək. Çünki, Rusiya bu sənədlərlə öz moderatorluğunu qabardır və Moskva ilə bir başa koordinasiyalı siyasəti özündə ehtiva edir. Üzv ölkələrin xarici siyasət gündəmi var. Tacikistandan fərqli olaraq üzv ölkələr öz siyasətlərini Rusiya ilə məsafəli saxlayır:

"Xüsusilə, Rusiyanın MDB ölkələrindən miqrantlara qarşı qanunları sərtləşdirməsi və onlara qarşı zorakılıq Qazaxıstana ərazi iddiaları və Özbəkistanın cəzalandırılması kimi açıqlamalar Moskvaya etimadı aşağı səviyyəyə endirib. Rusiya Ukraynada kifayət qədər strateji məğlubiyyətə uğrayır. MDB üzvü olan Ukraynanın ərazi bütövlüyünü pozaraq işğal siyasəti aparır. Azərbaycanın mülki AZAL təyyarəsini vurub. Ermənistanda seçki öncəsi müxalifətə dəstək verərək, hakimiyyət çevrilişinə hazırlıq edir. Belə olan təqdirdə Rusiyanın MDB dirçəltmək siyasəti mümkün olmayacaq.

Rusiya hazırda qəbul etdiyi daxili qanunlarla qonşuları ilə təcrid siyasətinə keçir. Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrantlara qəbul etmir. Hər iki regionun ölkələri ilə münasibətlər hamar deyil.

Həmçinin Qərblə geosiyasi müharibə aparır. Həmçinin Ermənistan Qərbyönümlü siyasət aparır. Cənubi Qafqazda yeni geosiyasi nizam qurulur. Türk Dövlətləri Təşkilatı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir hərbi və iqtisadi layihələr reallaşdırır. ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcək. Ona görə də MDB ölkələrini öz ətrafında birləşdirib, yeni geosiyasi güc yaratmaq imkanları məhduddur".

Cavid