10:35
1 183
Amerikanın SpaceX korporasiyası dəniz səviyyəsinin dəyişməsini izləmək üçün nəzərdə tutulmuş "Sentinel-6B" peykini orbitə çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, buraxılış ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) veb saytında canlı yayımlanıb.
Falcon 9 raketi bazar ertəsi Şərq vaxtı ilə saat 12:21-də Kaliforniya ştatının Vandenberq Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
"Peyk hava proqnozlarını yaxşılaşdırmaq, gəmilərin təhlükəsizliyini təmin etmək və sahilyanı bölgələri qorumaq üçün dəniz səviyyəsindən 30 illik məlumatlara əsaslanacaq", - NASA bildirib.
Məryəm Quliyeva