10:24
455_1200.webp)
Bir neçə saat ərzində Yerə yaxınlaşan M sinifli məşəldən plazma buludunun yaratdığı maqnit qasırğası gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
"Bir neçə saat ərzində maqnit qasırğasının başlayacağı gözlənilir. Proqnozlara görə, o, artıq baş verməlidir, lakin gecikib. Son 24 saat ərzində geomaqnit qasırğası kifayət qədər qeyri-adi görünür", - deyə məlumatda bildirilir.
Əvvəllər bildirilmişdi ki, dekabrın 6-da baş vermiş M8.1 məşəlindən sonra plazmanın Yerə atılması nəticəsində yaranan güclü maqnit qasırğası dekabrın 9-10-da gözlənilir.
Məryəm Quliyeva