16:06
917
ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə imzaladığı sülh müqaviləsi üçün daha sərt şərtlər qoyub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna rəsmilərinə istinadən Axios portalı məlumat yayıb.
Onların sözlərinə görə, bu, dekabrın 3-də Trampın Amerikanın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika prezidentinin kürəkəni, sahibkar Cared Kuşnerin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verib.
Ukrayna rəsmiləri ABŞ-ın “telefon danışığı zamanı” Zelenskinin bütün şərtlərlə “razılaşmasını istədiyini” hiss ediblər. Ukrayna tərəfi yeni şərtləri Moskva üçün güzəşt kimi qiymətləndirib. Axios Amerika tərəfinin bu ittihamı rədd etdiyini qeyd edib.
Məryəm Quliyeva