11:14
441
Trampın 28 bəndlik sülh planı, münaqişə tərəfləri olan Rusiya və Ukrayna tərəfindən tam olaraq qəbul edilmədi. Rusiya lideri Putinə görə sülh planı məqbul hesab edilsə də, amma, bəzi bəndlərin Rusiya tərəfindən qəbul edilməsini yolverilməz hesab edib.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
O, qeyd edib ki, Ukrayna tərəfi başda prezident Zelenski olmaqla elə Tramp planının başından bu plana qarşı çıxdıqlarını bəyan ediblər və planın bir neçə bəndi Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğunu bildiriblər və açıq şəkildə bildirilib ki, ölkə rəhbərliyi torpaq güzəştləri verə bilməz və NATO-ya, Avropaya inteqrasiyasına dair mövqeyinindən imtina etmək niyyətində deyil:
"Belə olan təqdirdə, Ukrayna hökuməti sülh planını tərəflərindən qəbuledilməz hesab olaraq bəyan ediblər. Bu da onu göstərir ki, bu formatda tərtib edilmiş Tramp planı, hər iki münaqişə tərəfini qane etmədi və indiki formada planın dəstəklənməsi bu səbəbdən mümkün olmayıb. Əslində sülh planı tərəflərin kompromisə getməsini tələb edən bəndlər çərçivəsində ciddi tələblər ortaya qoyur və Rusiya öz növbəsində bu tələblərə cavab vermək zərurəti olmadığını bildirərək, kompromisə getmək istəmir.
Əlbəttə ki, Kremlin duruşu sülhün bərqərar olması üçün yetərli hesab edilə bilməz. Ukrayna prezidenti Zelenskinin isə plan haqqında haqlı olaraq planı "absurd" və "kapitulyasiya" planı olaraq dəyərləndirməsi, planın qəbuledilməz olduğunu göstərir. Bu baxımdan hazırkı reallıq onu göstərir ki, tezliklə sülh razılaşması tərəflərdən gözləmək real görünmür və mövqelər bir-birinə uzaqdadır və uzlaşma yoluna qədəm qoymaq üçün hələ müharibənin davam edəcəyi şərt olaraq qalır. Bu baxımdan Rusiya sülh planını yarımçıq şəkildə qəbul etmək niyyətində deyil və Putin, sülh planında Rusiyanı bu müharibənin qalibi olaraq prioritet görür. Ukrayna hökumətinin bu rəddi isə, Ukraynanın suverenliyinə və beynəlxalq hüquqa hörmət mesajıdır".
Cavid