Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib
Ceyhun Bayramov Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ilə telefon danışığı aparıb
8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər naziri ilə telefon danışığı aparıb
7 Yanvar 15:05
3 346![]()
Ukrayna nümayəndə heyəti və ABŞ nümayəndələri Parisdə "müharibənin bitməsi üçün əsas çərçivənin ən çətin məsələlərini" müzakirə etməyə başlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Telegram kanalında məlumat verib.
O, müzakirənin ərazi nəzarəti və Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) məsələsinə aid olduğunu qeyd edib.
Ukrayna lideri yazıb ki, "Ukrayna ən çətin məsələlərdən gizlənmir və heç vaxt sülhə mane olmayacaq. Sülh ləyaqətli olmalıdır".
O qeyd edib ki, Ukraynadakı münaqişənin bitmə vaxtı tərəfdaşlardan, xüsusən də onların "Rusiyanın müharibəyə son qoymaq üçün real hazırlığını təmin edə bilib-bilməyəcəyindən" asılıdır. Zelenski günün sonunda Ukrayna danışıqlar qrupundan hesabat gözlədiyini bildirib.
Məryəm Quliyeva